برچسب: Eyvaz Taha

  • İnadla yabançılaşdırma | Eyvaz TAHA

    Azerdict saytında “confirmation” sözünün doğma qarşlığını axtardım. Bir çox dillərdən döğmalaşmış kəlmə gəldi amma doğma dildən yadlaşdırılmış heç bir söz gəlmədi:

    confirmation: əsas
    confirmation: sübut
    confirmation: fakt
    confirmation: dəlil
    confirmation: təsdiq etmə
    confirmation: ratifikasiya edilmə
    confirmation: təsdiqlənmə
    confirmation: təsdiqləmə
    confirmation: təsdiq

    Sözcüyün anlamları sırasında heç olmasa bunlar da gələ bilərdi:
    doğrulama
    doğrulanma
    sağlamlaşdırma
    vurğulama
    vurğulanma
    onaylama

    Dildə başqa dillərlə mədəni mübadiləyə qarşı deyiləm, yabançı sözlərin anarxızminə qarşıyam. Çünki dilin bu qədər calaqlığı düşüncənin çıxılmaz yolda qaldığının göstəricisidir. Azərbaycanda təfəkkür yoxluğunun, eləcə də alğının olğuya üstünlüyünün bir nədənini də bunda axtarmalıyıq. Görən bu yabançılaşdırmanın arxasında inadla dayananlar kimlərdir?