دسته: Yol

  • Brenda Şeferin “Yol” barə­sində söyələdik­ləri

     

    1991-ci ilin son­larında Azərbaycan dilində «Yol» adlı bir rəsmi jurnalın buraxılışına izn verildi. Yolun hər nömrəsi Azərbaycanca istilah­ların fars dilinə tərcüməsi gedən «Sözlük» səhifəsini ehtiva edirdi. Oxucu dairəsini genişləndirmək məqsədi güdən belə bir girişim, bu gerçəkliyi göstərirdi ki, Yolun yazıçı­ları Sovet Azərbaycanında çıxan kitab­lar və məqalələri oxumuş­lar və akademik dairələrdə istifadə olunan terminlərlə tanışdırlar. Üstəlik, jurnalda Azərbaycan ostan­ları­nın tarixi ilə bağlı məqalələr gedirdi. Azərbaycan dilini (türkcəsini) oxumağa yeni­yetəmə nəsli ruhlandırmaq üçün Yola hərdən uşaq­lar özəl sayı­sı da əlavə edilirdi, (Kəpənək adlanan) bu özəl sayı­larda oyun­lar və nağıll­ara yer verilirdi. Bəzi rəsmi görüşlərlə yanaşı qəzetdə bir çox Azərbaycana aid millətçi yönümlü alimanə məlumat­lara da gedirdi…

    Yol iran Azərbaycanında ən papulyar jurnal idi. Bu papulyarlıq rəsmi dairələrdə qorxu törətədikdə qəzet bağlandı.